"1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi kütləvi bayram şənliyi təşkil edib

1 июня 2016

Поделиться:

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə iyunun 1-i Saatlı UADM tədbir keçirmişdir. Tədbirdə 90 nəfərdən ibarət uşaq və valideynlər iştirak edib. Musiqili-əyləncəli şəkildə hazırlanmış tədbirdə mərkəzdən yararlanan uşaqlar öz rəqsləri, mahnıları və şeirləri ilə əyləncəli və maraqlı vaxt keçiriblər. Tədbirdə həmçinin mərkəzdən yararlanan qızların əl işlərindən ibarət satış-sərgi də təşkil olunub.