“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda onlayn tədbir keçirilib

23 ноября 2021

Поделиться:

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, 23 noyabr 2021-ci il tarixdə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin və Lənkəran Peşə Liseyinin tələbələrinin iştirakı ilə “Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı təqdimatla çıxış edərək , insan səhhətinə müsbət təsir edən amillərdən və ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-mütəxəssisi Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması”adlı təqdimatla çıxış edərək, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs edib.
Tədbir müzakirələrlə davam edib.