Ağdamda maarifləndirmə aksiyası keçirilib

25 сентября 2020

Поделиться:

25 sentyabr 2020-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə Ağdam rayonu İkinci Dördyol qəsəbəsində uşaqlar arasında sağlamlığın təşviqinə həsr olunmuş “Uşaqlar gələcəyimizdir” adlı maarifləndirmə aksiyası keçirilib. Tədbirdə Ağdam UADM-in əməkdaşları, qəsəbə tibb məntəqəsinin tibb işçiləri, köçkün qəsəbə sakinləri iştirak ediblər.

Aksiya zamanı uşaq sağlamlığının qorunması üçün immunizasiyalara cəlb edilməsinin uşaq inkişafına müsbət təsiri və valideyn məsuliyyəti haqqında sakinlərə məlumat verilib.

Maarifləndirmə tədbirində valideynlərə və tibb işçilərinə “Uşaqların İcbarı Dispanserizasiyası” adlı bukletlər paylanılıb.