Şüvəlanda “Məşğulluğun səviyyəsini artıraq" adlı onlayn vebinar keçirildi

22 июля 2020

Поделиться:

22 iyul 2020-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Məşğulluğun səviyyəsini artıraq" adlı onlayn vebinar keçirilib.

Şüvəlan UADM-nin əməkdaşlarının və Xəzər rayonu məşğulluq idarəsi nümayəndəsinin iştirakı ilə keçirilən təlimdə icmada yaşayan ailələr də iştirak edib. Tədbir zamanı məşğulluğun sosial, hüquqi, psixoloji aspektləri müzakirə olunub.

Vebinarları ümumilikdə səksən bir nəfər izləyib.