Komitənin əməkdaşı İstanbulda keçirilən regional seminarda iştirak edib
Поделиться:
Noyabr ayının 26-28 tarixlərində Türkiyənin İstanbul şəhərində BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu (UN Women) tərəfindən “Vaxtdan istifadə üzrə tədqiqat: məlumatların yığılması metodları və konsepsiyalar” mövzusunda regional seminar keçirilib. Həmin tədbirdə Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna, Özbəkistan, Tacikstan, Qazaxıstan, Qırğızstan, Albaniya, Kanada, Banqladeş və digər ölkələrin nümayəndə heyəti iştirak edirdilər. Seminar əsasən Avropa və Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasını Dövlət Statistika Komitəsinin Həyat keyfiyyəti statistikası şöbəsinin müdür müavini Nail İmanov, Gender statistikası sektorunun müdiri Zəbihə Əsgər və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik –araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova təmsil ediblər. Birinci sessiyada Gender statistikası sektorunun müdüri Zəbihə Əsgər ölkədə 2008-ci ildə keçirilən tədqiqat və onun nəticələri ilə bağlı təqdimatla çıxış edib. Dövlət Statistika Komitəsinin Həyat keyfiyyəti statistikası şöbəsinin müdür müavini Nail İmanov isə həmin tədqiqatın keçirilmə metodlarından bəhs edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik –araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova isə bu məlumatların dövlət siyasətinin həyata keçirilməsində və gender bərabərliyinin təmin edilməsində mühüm əhəmiyyətini qeyd edərək, qəbul olunmuş qanun və məcəllələrdə bu məsələnin nəzərə alındığını bildirib.
Üç günlük seminarda digər iştirakçı dövlətlər öz təcrübələrini təqdim ediblər. Tədbir geniş müzakirələrlə interaktiv formada davam edib.