Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi uşaqlar üçün yay düşərgəsi təşkil edib

22 августа 2019

Поделиться:

Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi icmada yaşayan həssas təbəqəyə aid bir qrup uşaq üçün yay düşərgəsi təşkil etmişdir. 15 uşaq və valideynlərin iştirak etdiyi düşərgə Qəbələ və Oğuz rayonlarında baş tutmuşdur. Düşərgə zamanı uşaqlar maraqlı viktorinalar, idman oyunları oynamış birlikdə nahar etmişlər. Düşərgə zamanı uşaqların həmçinin Qəbələ rayonunda yerləşən 7 Gözəl şəlaləsinə gəzintisi təşkil olunub.