“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirmə tədbir

15 февраля 2018

Поделиться:

Yanvarın 13-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi Sabirabad rayon Mədəniyyət Mərkəzində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirmə tədbir keçirmişdir.

Tibb kursunun tələbələrinin iştirakı ilə keçirilən tədbirdə reproduktiv sağlamlıq və onun aspektləri, ailə planlaması, arzu olunmaz hamiləlik və ailədaxili münasibətləri haqqında məlumat verilmişdir. Tədbirdə eyni zamanda erkən nikah və onun yaratdığı fəsadlardan söhbət açılmışdır.