Şahmat məktəbinə ekskursiya təşkil edildi

24 August 2016

Share:

Avqustun 24-də Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə  Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzin xidmətlərindən bəhrələnən uşaqlarla birlikdə rayon şahmat məktəbinə ekskursiya təşkil edilib.

Uşaq və Gənclər klubunun üzvlərinin iştirakçılığı ilə təşkil olunan ekskursiyada uşaqlar  məktəbin sinif otaqları ilə tanış olub, dərsin gedişində iştirak ediblər. Qədim oyunlardan sayılan şahmat oyunu haqqında pedaqoqdan aldıqları məlumatlar uşaqların maraq dairələrini daha da genişləndir ib.