Hacıqabulda “Narkomaniya uçurumdur” adlı tədbir keçirilib

24 October 2019

Share:

24 oktyabr 2019-cu il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Narkomaniya uçurumdur” mövzusunda Hacıqabul 2 saylı orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin, RPŞ-nin, RİH-in, MRX-nin  əməkdaşları və yuxarı sinif şagirdləri, müəllimlər iştirak edib.

Bildirilib ki, narkomaniyanın yayılması sağlam həyat tərzi üçün təhlükə yaradır. Narkotik maddələrin qəbul edilməsi isə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyatda proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə və fiziki gücün düşməsinə gətirib çıxarır. Qeyd edilib ki, narkotik maddələr – tələdir! Bu tələyə  bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməmək kimi tövsiyələr verilib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici materiallar paylanılıb.