4-6 iyul 2019-cu il tarixində Isveçrədə keçiriləcək Qadınların Qlobal Sammitində Komitənin sədri xanım Hicran Hüseynova iştirak edəcəkdir
Share:
4-6 iyul 2019-cu il tarixində Isveçrədə Qadınların Qlobal Sammiti keçiriləcəkdir. Dünyanın bir çox ölkələrinin nazir, nazir müavinləri, dövlət qurumlarının rəhbərləri, tanınmış və nüfuzlu sahibkar və eyni zamanda ictimai xadimlərin iştirakı ilə baş tutacaq tədbirdə Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova təmsil edəcəkdir. Sammitin əsas mövzuları qadın sahibkarlığının inkişafı, həyatın bütün sahələrində qadınlarının iştirakçılığının artırılması, dünyada resursların qorunmasında qadınların rolu və digər məsələlər müzakirə olunacaqdır.