İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi İsmayıllı Rayon İcra Hakimiyyəti və Rayon Polis şöbəsi ilə birgə insan hüquqları mövzusunda maarifləndirmə tədbiri keçirmişdir

24 October 2018

Share:

Tədbir oktyabrın 24-də  İsmayıllı  rayon Topçu  kənd tam orta məktəbində keçirildi. Tədbirdə  7-11- ci siniflərdə oxuyan 75 nəfər  şagird iştirak etdi. İsmayıllı  Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri, rayon Polis Şöbəsinin azyaşlılarla iş sektorunun müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsinun əməkdaşı  çıxış edərək, iştirakçılara insan hüquqları nədir, hüquq və vəzifələr  bir-biri ilə necə əlaqəlidir, hüquqlarımız bizə nə verir və hüquqlarla bağlı sair məsələlər barədə geniş məlumat verdilər.
    Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə məktəblilərin fikirləri dinlənildi.