Uşaqların iştirakı ilə bayram tədbiri keçirilib

28 August 2018

Share:

Qurban bayramı münasibəti ilə avqustun 24-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi “Əlil Körpələrə Yardım” İctimai Birliyi ilə birgə aztəminatlı ailələrdən olan 80 nəfər uşağın iştirakı ilə bayram tədbiri təşkil edilib.

Mərdəkan qəsəbəsində yerləşən restoranda baş tutan bayram tədbirindəki animasiyalı, musiqili proqram uşaqların sevincinə səbəb olub. Sonda uşaqlara müxtəlif şirniyyatlar paylanılıb.