“Yurdumuza bahar gəlir”
Share:
Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi Novruz Bayramı münasibəti ilə martın 16-da bayram tədbiri təşkil etmişdir. Tədbirdə icmadan olan uşaqlar iştirak etmişdir. Tədbirdə Bahar bayramının yaranmasından, yazın gəlişi ilə təbiətin, torpağın oyanışından canlı-cansız nə varsa hamısında baş verən dəyişiklikdən danışılıb, baharın bolluq, ruzi-bərəkət gətirdiyini bildirilmişdi. Uşaqlar bayrama aid şerlər, mahnılar söyləmiş, milli rəqslər ifa etmişlər.