Axtar

Tarixdən
Tarixədək

Xəbərlər

“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində növbəti maarifləndirici görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 19 noyabr 2025-ci i tarixində Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici görüş keçirib. Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkomaniyanın insanların həyat və sağlamlığı üçün yaratdığı ciddi təhlükələr, cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinə mənfi təsirləri və onunla mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verərək, sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar. 130 nəfər tələbənin iştirakı ilə keçirilən tədbirin yekununda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Tədbir çərçivəsində “Biz narkotiklərə Yox deyirik”  maarifləndirici kitabçalar informativ resurs kimi mərkəzin kitabxanasına təqdim olunub.

Ətraflı
“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin 49, 74, 193, 263 və 327 nömrəli tam orta məktəblərində narkomaniya ilə mübarizə məqsədli maarifləndirici görüşlər keçirilib. Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssis Ülkər Camalova narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verərək, sağlam həyatın vacibliyindən danışıblar. Yuxarı sinif şagirdləri, valideyn və məktəb psixoloqlarının iştirak etdiyi görüşlərdə yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib. Daha sonra “Narkomaniya yox edir!” adlı video-çarx nümayiş etdirilib. Yekunda “Biz narkotiklərə Yox deyirik”, “Yox” deməyi bacar! maarifləndirici kitabçalar informativ resurs kimi məktəblərin kitabxanasına təqdim olunub.

Ətraflı
“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin  birgə təşkilatçılığı,  Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə  Bakının 53, 335 və 270 nömrəli tam orta məktəblərində narkomaniya ilə mübarizə məqsədli maarifləndirici görüşlər keçirilib. Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verərək, sağlam həyatın vacibliyindən danışıblar. Yuxarı sinif şagirdləri, valideyn və məktəb  psixoloqlarının iştirak etdiyi görüşlərdə yeniyetmə və gənclərin  elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib. İştirakçıların maraqla dinlədiyi məruzələr ətrafında aparılan müzakirələrdən sonra “Narkomaniya yox edir!” video-çarxı nümayiş etdirilib və çap vəsaitləri paylanılıb.

Ətraflı
“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə  Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova, məktəbin direktoru Günel İbrahimova narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri mövzusunda, eyni zamanda keçirilən kompleks tədbirlər haqqında çıxış ediblər. Çıxışlar zamanı yeniyetmə və gənclərin  elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib. İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra “Biz narkotiklərə Yox deyirik” maarifləndirici kitabçalar informativ resurs kimi məktəblərin kitabxanasına  təqdim olunub.

Ətraflı
“Həyatının memarı – sən özünsən” layihəsi çərçivəsində görüş keçirilib

25 oktyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Həyatının memarı – sən özünsən” layihəsi çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə müəllimlərlə maarifləndirici görüş keçirilib. Görüşü giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Xumarə Xəlilova, tədbirin məqsəd və əhəmiyyətindən bəhs edib. Çıxış edən Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Daha sonra görüşün eksperti Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Narkomaniyaya yox deyək!” adlı təqdimatla çıxış edib, zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışıb. Sonda “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Əlvida mənim dostum” qısametrajlı filmi izlənilib və mövzuya aid maarifləndirici materiallar paylanılıb.    

Ətraflı
“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər davam etdirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən növbəti görüşlərdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, mövzu haqqında ətraflı danışıb, Dövlət Komitəsi tərəfindən bu istiqamətdə əhali arasında görülən işlər barədə görüş iştirakçılarına məlumat verib. Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarında yerləşən 284, 90 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri və Azərbaycan Dənizçilik Kollecinin tələbələri ilə keçirilən görüşlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin tələbələri ilə keçirilən görüşdə isə psixoloq Aydan Xasməmmədzadə  iştirak edərək, narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri mövzularında, eyni zamanda keçirilən kompleks tədbirlər haqqında çıxış ediblər. Çıxışlar zamanı yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib. İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışlar ətrafında aparılan müzakirələrdən sonra video-çarx nümayiş etdirilib və “Biz narkotiklərə Yox deyirik” maarifləndirici kitabçalar informativ resurs kimi təhsil müəssisələrinin kitabxanasına  təqdim olunub. Qeyd edək ki, layihənin əsas məqsədi uşaq və yeniyetmələrin, gənclərin narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər, fəsadlar haqqında maarifləndirilməsi, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, bu sahədə həyata keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasının təmin edilməsidir.  

Ətraflı
“Həyatının memarı-Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Yasamal rayonunda yerləşən 336 və 52 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirilib. Görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri mövzularında, eyni zamanda keçirilən kompleks tədbirlər haqqında çıxış ediblər. Çıxışlar zamanı yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib. İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra video-çarx nümayiş etdirilib və cap vəsaitləri paylanılıb.

Ətraflı